NASA Administratoru Şon Daffi 10 il ərzində Ayda yaşayış üçün əlverişli, nüvə enerjisi ilə işləyən "kənd"in yaradılacağını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın Sidney şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində çıxış edən NASA administratoru Şon Daffi bəyan edib ki, ABŞ-ın kosmik strategiyası uğurlu olarsa, yaxın 10 il ərzində Ayda yaşayış üçün əlverişli “kənd” yaradılacaq.
Daffy ABŞ, Çin, Yaponiya, Hindistan, Avropa və Kanadanın kosmik agentliklərinin rəhbərləri ilə keçirilən sessiyada çıxış edib. Rusiyanın siyahıdan kənarda qalması diqqət çəkən olsa da, NASA direktoru "Biz kosmosa sülh üçün gəlirik. Biz insanların torpaqlarını almaq üçün burada deyilik" deyərək dolayı istinad edib.