ABŞ prezidenti Donald Tramp növbəti dəfə sənət ictimaiyyətini hədəfə alıb. O, film çəkilişinin başqa ölkələr tərəfindən ABŞ-dan “oğurlandığını” bildirərək, xaricdə istehsal olunan bütün filmlərə 100% rüsum tətbiq edəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Prezident Tramp ABŞ -da yerləşən Truth Social hesabından mövzu ilə bağlı paylaşım edib .
Film istehsalı işlərinin ABŞ-dan “körpədən oğurlanan konfet” kimi digər ölkələr tərəfindən “oğurlandığını” vurğulayan Tramp, “Zəif və bacarıqsız qubernatoru olan Kaliforniya xüsusilə ağır zərbə aldı” dedi.
“Buna görə də bu uzun müddətdir davam edən və heç vaxt bitməyən problemi həll etmək üçün mən ABŞ-dan kənarda çəkilən bütün filmlərə 100 faizlik tarif tətbiq edəcəyəm”, - Donald Tramp bildirib.