Fabrikdə qaz sızmasında 5 nəfər öldü - Çində faciə 

11:10 - 30 Sentyabr 2025

Fabrikdə qaz sızmasında 5 nəfər öldü - Çində faciə 

Çinin Hınan əyalətində fəaliyyət göstərən fabrikdə zəhərli qaz sızması nəticəsində 5 işçi həyatını itirib.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, fabrikdə zəhərli qaza məruz qalan işçilərdən 5-i həyatını itirərkən, qazdan təsirlənən 3 işçi xəstəxanaya göndərilib.

İlkin tapıntılara əsasən, fabrikdə saxlama qazanından sızan kükürd turşusunun yağış suları şəbəkəsi vasitəsilə septik çənə qarışması nəticəsində baş verən kimyəvi reaksiya nəticəsində zəhərli hidrogen sulfid qazı ayrıldığı təxmin edilir.

Fabrikdə çalışan bütün işçilər təxliyə edilib və hadisə ilə bağlı araşdırmalar davam edir.

Çində infrastrukturun köhnəlməsi və ya qeyri-adekvat əməyin mühafizəsi tədbirləri səbəbindən istehsal və anbar obyektlərində vaxtaşırı insan tələfatına səbəb olan qəzalar baş verir .


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az