Tarixi oğurlamağa çalışdı - Həbs olundu 

15:33 - 30 Sentyabr 2025

Tarixi oğurlamağa çalışdı - Həbs olundu 

Vanın Erciş rayonunda jandarma qüvvələrinin keçirdiyi əməliyyat zamanı Bizans dövrünə aid 2 relyef daş stel ələ keçirilib. Əsərlər Van Muzey Müdirliyinə təhvil verilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, əsər qaçaqmalçılığı ilə mübarizə tədbirləri çərçivəsində İlçe Jandarma Komandanlığı qrupları rayonun Şehirpazarı məhəlləsində əməliyyat keçirib.

Əməliyyat zamanı Bizans dövrünə aid olduğu bildirilən iki relyef daş stel və bir tapança ələ keçirilib. Əsərlər Van Muzey Müdirliyinə təhvil verilib, şübhəli M. Ç. haqqında qanuni tədbir görülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az