Mersində lift qəzası baş verib. Hadisə səhər saatlarında Tarsus rayonu Altaylılar məhəlləsindəki yaşayış binasında baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bələdiyyə işçisi 27 yaşlı Pelin Kıyqa işə getmək üçün evdən çıxdıqdan sonra 7-ci mərtəbədə mindiyi liftin ipi qopub. Kıyqanın olduğu kabin yerə çırpılıb.
Bina sakinlərinin xəbərindən sonra sözügedən ünvana sağlamlıq və yanğınsöndürmə qrupları göndərilib.
Xəstəxanaya aparılan gənc qadını xilas etmək mümkün olmayıb.