Birləşmiş Ştatlar hökuməti yenidən bağlanıb. Demokratlar və Respublikaçılar büdcə ilə bağlı razılığa gələ bilməyiblər. Federal hökumət Konqres müvəqqəti büdcə üzərində hərəkət edənə qədər bütün vacib xidmətləri dayandıracaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da federal hökumət Senatdakı büdcə mübahisəsinə görə rəsmən bağlanıb.
Respublikaçılar əvvəlcə Nümayəndələr Palatasında federal hökuməti noyabrın 21-dək maliyyələşdirəcək bir ara büdcə qanun layihəsini təqdim etdilər və bu qanun layihəsi qəbul edildi. Daha sonra bu qanun layihəsi ABŞ Senatına təqdim edilib. 100 səsdən 60 səs tələb edən təklif demokratlar tərəfindən rədd edilib.
Demokratların təklif etdiyi qanun layihəsi isə respublikaçı senatorlar arasında dayandı. Səsvermələr yerli vaxtla gecə yarısına qədər davam etdikdən sonra ABŞ federal hökuməti rəsmən bağlanıb.