64 yaşlı qatil qətldən 35 il sonra edam edildi

15:55 - 01 Oktyabr 2025

64 yaşlı qatil qətldən 35 il sonra edam edildi

ABŞ-ın Florida ştatında 35 il əvvəl törətdiyi qətlə görə ölüm cəzasına məhkum edilən 64 yaşlı kişi edam edilib.


Manset.az "NBC News"-a istinadən xəbər verir ki, Viktor Toni Cons 1990-cı ildə quldurluq zamanı iş yerinin sahiblərini bıçaqlayaraq öldürüb.

Hadisə yerində ağır yaralanan Cons 1993-cü ildə iki birinci dərəcəli qətl və silahlı quldurluqda təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.

Cons Florida ştatının Penitensiarında ölümcül inyeksiya ilə edam edilib və bu il Floridada edam edilənlərin sayı 13-ə çatıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az