Barışmaq üçün çölə çağırdı - Güllələdi

16:33 - 01 Oktyabr 2025

Barışmaq üçün çölə çağırdı - Güllələdi

İstanbulun Çekmeköydə boşanma prosesində olduğu əri tərəfindən küçənin ortasında güllələnən 3 uşaq anası Suzan Elikin bacısı Nalin Özaras bacısının illərdir şiddətə məruz qaldığını və hadisənin planlı hücum olduğunu bildirib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu yaxınlarda Çekmeköyün Soğukpınar məhəlləsində baş verən hadisədə barəsində həbs qətimkan tədbiri seçilən Yunus E. həyat yoldaşı Suzan Eliki danışmaq bəhanəsi ilə çölə dəvət edib.

Qadın küçə ilə gedərkən, təcavüzkar onu maşında izləyib və tapançadan atəş açıb. Başından ağır xəsarət alan qadın xəstəxanaya aparılıb, şübhəli şəxs isə hadisə yerindən qaçıb.







Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az