Oktyabrda bu tarixləri qaçırmayın - İnanılmaz anlar olacaq

17:10 - 01 Oktyabr 2025

Oktyabrda bu tarixləri qaçırmayın - İnanılmaz anlar olacaq

Oktyabr ayı səma həvəskarları üçün unudulmaz vizual ziyafət olacağını vəd edir. Tam aydan meteor yağışlarına, planetar birləşmələrdən Merkuridə xüsusi mövqeyə qədər çoxlu astronomik hadisələr baş verəcək. Teleskop olmadan belə adi gözlə görünən bu səma hadisələri təbiəti yaşamaq üçün unikal imkan yaradır. 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ay və planetlər arasındakı yaxınlaşmalar, iki fərqli meteor yağışı və gözqamaşdırıcı tam ay səmanı əsl tamaşaya çevirəcək. Oktyabrın 21-də Yeni Ay və Orionid meteor yağışı ilin ən maraqlı səma hadisələrindən bəziləri kimi diqqəti cəlb edir!

7 OKTYABR: TAM AY

Oktyabrın 7-də Ay bütün əzəməti ilə səmanı işıqlandıracaq. Tam ay xüsusilə şəhər işıqlarından uzaq ərazilərdə göz qamaşdıran bir mənzərə yaradacaq. Bu tarix həm də səma həvəskarları üçün təbiətdə gəzintilər etmək və gecə səmasını müşahidə etmək üçün əla vaxt olacaq.

8 OKTYABR: DRAKONİD METEOR YAŞASI

Drakonid meteor yağışı tam aydan dərhal sonra oktyabrın 8-nə keçən gecə görünəcək . Bu səma hadisəsi saatda 10-a qədər meteor göstərə bilməsi ilə diqqət çəkir. Şimal yarımkürəsində qaranlıq və aydın günlərdə bu nadir təbiət hadisəsi adi gözlə görünəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az