Bakırköy-Kayaşehir metrosunda səhər saatlarında yanğın baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Bağcılar səmtində Bakırköy-Kayaşehir metro xəttində hərəkət edən qatarın əyləc balatalarında baş verən yanğın stansiyada qısamüddətli çaxnaşma yaradıb. Yanğın ekipajlar tərəfindən söndürülüb, stansiyanın daxilində və xaricində olan sərnişinlər təxliyə edilib.
Məlumata görə, Bakırköy-Kayaşehir xəttində səfərləri sayan metro, əyləc balatalarından tüstü qalxdığı zaman Mahmutbey stansiyasında diqqət çəkib. Metronun aşağı hissəsindən qalxan alov səbəbindən xidmət dayandırılıb. Metro stansiyaya çatdıqdan sonra sərnişinlər təxliyə edilib. Stansiyanı tüstü bürüyərkən stansiya xidmətçiləri alovu yanğınsöndürənlərlə söndürüblər.