“Survivor” serialı ilə tanınan aktyor və model Barış Murat Yağcı anası Arzu Ernakın dünyasını dəyişməsi ilə sarsılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən müalicə aldığı xəstəxanada vəfat edən Ernak bu gün Zincirlikuyu məscidində qılınan cənazə namazından sonra Zincirlikuyu qəbiristanlığında dəfn edilib.
“Survivor” serialı ilə tanınan aktyor və model Barış Murat Yağcı anası Arzu Ernakın vəfatından çox kədərlənib. Dünən müalicə aldığı xəstəxanada dünyasını dəyişən Ernak bu gün torpağa tapşırılıb.