Türkiyə istehsalı olan "AirCar" uçan avtomobili artıq ilkin sifariş üçün hazırdır. 2027-ci ildə 100 ədədlə təhvil veriləcək avtomobilin qiyməti də açıqlanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, yayılan məlumata görə, iki nəfərlik uçan avtomobili 15 dəqiqəyə sürətli doldurmaq olar. 80 kilometr uçuş məsafəsi ilə "AirCar" saatda 130 kilometr maksimum uçuş sürətinə çata bilir.
100% elektriklə işləyən "AirCar" 250 kiloqram yükgötürmə qabiliyyətinə malikdir. Avtomobilin təxmini qiymətinin 99 min dollar olacağı deyilir.