İranda Tehran Universitetinin mühəndislik fakültəsində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayışın universitetin Əmirabad ərazisində Materiallar və Metallurgiya Departamentinin laboratoriyasında hidrogen kapsulunun partlaması nəticəsində baş verdiyi bildirilir.
Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Mələki hadisə ilə bağlı açıqlama verərək, "Saat 14:10-da Şimali Karger küçəsindəki təlim mərkəzində partlayış xəbərinin verilməsindən sonra hadisə yerinə qruplar göndərilib. İki mərtəbəli binanın aşağı mərtəbəsində yerləşən laboratoriyada hidrogen balonunun təlim məqsədi ilə istifadə edildiyi anlaşılıb" - deyib.