İndiyədək 7 000-dən çox əsir Ukraynaya qaytarılıb

23:12 - 02 Oktyabr 2025

İndiyədək 7 000-dən çox əsir Ukraynaya qaytarılıb

2022-ci ildə Rusiya ilə müharibənin başlamasından bəri 7000-dən çox ukraynalı əsir azad olunaraq vətəninə qaytarılıb.


Manset.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Yulia Siviridenko özünün “X” hesabında yazıb.

“Bu gün 185 ukraynalı Rusiya əsirliyindən qayıdır. Onların arasında Sərhəd Mühafizə Xidməti, Milli Qvardiya və Silahlı Qüvvələrin əsgərləri var. Onlar nəhayət, evdədirlər və onlara hər cür diqqət göstəriləcək. Biz bütün əsirlərimizin azadlığını təmin edib vətənə qaytarmayana qədər dayanmayacağıq”, - Ukraynanın Baş naziri vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna arasında baş tutan əsir mübadiləsi nəticəsində hər tərəfdən 185 nəfər olmaqla, ümumilikdə 370 əsir azad edilərək öz ölkəsinə qaytarılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az