Manisada qardaşın bacısına qaynar su ilə hücum çəkməsinin görüntüləri sosial mediada hiddət doğurub. Hadisə ilə bağlı Manisa İl Polis İdarəsi tərəfindən araşdırma aparılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, sosial şəbəkədə “İmran Altay” adı ilə paylaşılan görüntülərdə qardaşı olduğu iddia edilən gənc qızın üzərinə qaynar su tökməzdən əvvəl “Ayağımın altına yıx və üzr istəmə” dediyi görünür. Dəhşətli görüntülər qısa zamanda çoxlu sayda istifadəçiyə çatdı və sosial mediada geniş etirazlara səbəb oldu.
Bu paylaşımı yayımladığı iddia edilən “İmran Altay” adlı istifadəçinin profili sosial şəbəkə istifadəçilərinin şikayətlərinə tuş gəlib. Eyni hesabın onun haqqında yazılan şərhlərə kinayəli ifadələrlə cavab verdiyi də görüldü.