Kaxa Kaladze yenidən Tbilisinin meri seçildi

21:41 - 04 Oktyabr 2025

Kaxa Kaladze yenidən Tbilisinin meri seçildi

Hakim "Gürcü arzusu" Partiyasının nümayəndəsi Kaxa Kaladze yerli seçkilərdə 71,29% səs toplayaraq Tbilisinin meri seçilib.


Manset.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Tbilisi meri seçkilərində 9 namizəd iştirak edib. Birləşmiş müxalifət partiyalarının "Lelo" və "Gürcüstan naminə" Partiyasının namizədi İrakli Kupradze 12,52% səs toplayaraq ikinci olub.

Qeyd edək ki, K.Kaladze 2017-ci ildən paytaxtın meri postunu tuturdu.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az