Türkiyənin məşhur "Yeşilçam" kino sənayesi aktyoru Recep Bülbülses 60 yaşında həyatını itirib.
Manset.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor bronxial astma xəstəliyi səbəbindən vəfat edib. Uzun müddət maddi çətinliklərlə üzləşən Bülbülsesə sənət dostları, o cümlədən Yıldız Tilbe və Kərəm Alışık maddi dəstək göstərmişdi.