“Sprut” serialındakı “Tano Cariddi” obrazı ilə tanınan, məşhur italyan aktyoru Remo Cirone 76 yaşında vəfat edib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Monakodakı evində, həyat yoldaşı, aktrisa Viktoria Zinni ilə birlikdə yaşadığı evdə dünyasını dəyişib.
Kino sahəsində də tanınmış sima olan Cirone, “Ford v Ferrari” (2019) filmində “Enzo Ferrari” obrazını ifa edib.
Həmçinin, “Live by Night” və “The Equalizer 3” kimi beynəlxalq layihələrdə də rol alıb.