Fransa prezidenti Emmanuel Makron tərəfindən 9 sentyabrda baş nazir təyin edilən Lekornu, 3,5 həftə siyasətçilərlə davam edən danışıqlardan sonra dünən axşam saatlarında yeni hökuməti qurdu.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lekornu hökumətinin keçmiş nazirlərdən və Makrona yaxın şəxslərdən ibarət olması tənqidlərə səbəb oldu.
Hökumətə qarşı yönələn tənqidlərin ardından Lekornu səhər saatlarında Prezident Makrona istefasını təqdim etdi.
Makron, Lekornunun istefasını qəbul etdi. Lekornu, müxalifətin etimadsızlıq səsverməsi ilə 4 dekabr 2024-cü ildə, 3 aylıq fəaliyyət müddətindən sonra istefaya göndərilən Mişel Barnieri geridə qoyaraq, Beşinci Respublika tarixində ən qısa müddət baş nazir olan şəxs oldu.