Nobel mükafatının qalibləri açıqlandı

13:59 - 06 Oktyabr 2025

Nobel mükafatının qalibləri açıqlandı

2025-ci il üzrə Fiziologiya və Tibb sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb.


Manset.az xəbər verir ki "2025 Nobel Tibb Mükafatını 'periferik immun tolerantlıq' kəşflərinə görə Mary Brunkow, Fred Ramsdell və Shimon Sakaguchi qazanıb.

Qeyd edək ki, Nobel Mükafatları, isveçli Alfred Nobelin vəsiyyəti əsasında onun ölümündən sonra, 1900-cü il iyunun 9-da yaradılan Nobel Fondu tərəfindən təqdim olunur.

Nobel Mükafatları İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən fizika, kimya, ədəbiyyat, sülh və tibb sahələrində ən uğurlu hesab edilən şəxslərə və ya qurumlara verilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az