Zonguldakda hadisə Çaycuma rayonunda səhər saatlarında baş verib. G.N.Ü. (16 yaşında) anası ilə birlikdə qarın ağrısı şikayəti ilə Çaycuma Dövlət Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə müraciət edib.
Manset.az-ın məlumatına görə, həkim müayinəsi zamanı G.N.Ü.-nün hamilə olduğu və doğum etdiyi müəyyən olunub və dərhal doğuş otağına aparılıb.
Bu vəziyyəti öyrənən anası huşunu itirib. Sağlam bir oğlan uşağı dünyaya gətirən G.N.Ü. müalicə altına alınıb və polisə məlumat verilib.
Qız ilkin ifadəsində heç kimlə münasibəti olmadığını bildirib və körpənin atasını gizlədib.
Sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilən qız və körpə dövlətin himayəsinə götürülüb. Hadisə ilə bağlı araşdırma davam edir.