ABŞ-da aparılan yeni bir araşdırma süni intellektin yaxın 10 ildə ölkədə 100 milyondan çox işçini əvəz edə biləcəyini ortaya qoyub.
Manset.az-ın Axios xəbər portalına istinadən məlumatına görə, araşdırma Demokratlar tərəfindən ChatGPT əsaslı hazırlanıb.
Nəticələrə əsasən, süni intellekt həm ağ yaxalı, həm də göy yaxalı iş yerlərini ciddi şəkildə təsirləndirəcək. Bu texnologiya ölkə iqtisadiyyatını köklü şəkildə dəyişəcək.
Demokratlar bu vəziyyəti tənqid edərək bildiriblər ki, süni intellektə yatırımlar təkcə məhsuldarlığı deyil, həm də işçi xərclərini azaltmağı hədəfləyir. Bu isə minlərlə insanın işdən çıxarılması riskini artırır.
Digər tərəfdən, Respublikaçılar isə süni intellektin inkişafının milli üstünlük olduğunu, məhdudiyyətlərin isə Çinə fayda verəcəyini düşünürlər.