Rusiyanın Sankt-Peterburq şəhərində şimal işıqları sehrli üzünü göstərdi. Yaşıl işıq şüaları şəhərin səmasında rəqs etdi.
Manset.az xəbər verir ki, şimal işıqları Avropanın ən yüksək binası olan 87 mərtəbəli, 426 metr hündürlüyündəki “Lahta” göydələnindən belə izlənildi. Şimal işıqları, günəşdən gələn enerji dolu şüaların Yer maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Günəş küləyi adlanan bu şüalar Yer səthinin üst atmosferindəki qazlara çırpıldıqda rəngarəng işıq şüaları meydana gəlir.
Şimal işıqları yalnız qütb dairəsi daxilində yerləşən Norveç, İzlandiya, İsveç kimi ölkələrdə deyil, həmçinin Rusiya və Kanadanın bəzi bölgələrində də görünə bilir.