İstanbulda güclü yanğın

20:14 - 06 Oktyabr 2025

İstanbulda güclü yanğın

Türkiyənin İstanbul şəhərində fabrikdə güclü yanğın baş verib.


Manset.az bu barədə İHA mənbəyinə istinadən xəbər verir.

Bildirilir ki, yanğının miqyasına görə təkcə hadisənin baş verdiyi Beylikdüzündən deyil, Avcılar, Bakırköy, Başakşehir, Hadımköy, Bağcılar və Sultanqazi rayonlarından əlavə yanğınsöndürən briqadalar yönəldilib.

İntensiv müdaxilə nəticəsində yanğını nəzarətə almaq mümkün olub.

İkimərtəbəli ağac emalı fabrikində baş verən yanğının səbəbi araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az