Fizika üzrə Nobel mükafatının qalibləri bilindi

14:21 - 07 Oktyabr 2025

Fizika üzrə Nobel mükafatının qalibləri bilindi

İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında 2025-ci il Nobel Fizika Mükafatının sahibləri elan edilib.


Manset.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında çalışan ingilis mənşəli John Clarke, fransız Michel Devoret və amerikalı John Martinis, elektrik dövrəsində makroskopik kvant-mexaniki tunelləmə və enerji kvantlaşmasının kəşfinə dair araşdırmalarına görə bu mükafata layiq görülüblər.

2024-cü il Nobel Fizika Mükafatı isə “süni sinir şəbəkələri ilə maşın öyrənməsini mümkün edən tədqiqatlara” görə amerikalı John Hopfield və ingilis əsilli kanadalı Geoffrey Hintona verilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az