Tramp Nobel Sülh Mükafatını ala bilər? - Qərar cümə günü veriləcək

15:28 - 07 Oktyabr 2025

Tramp Nobel Sülh Mükafatını ala bilər? - Qərar cümə günü veriləcək

7 müharibəni bitirdiyini deyən və Nobel Sülh Mükafatına layiq olduğunu iddia edən ABŞ Prezidenti Donald Tramp istədiyinə nail olacaqmı?


Manset.az xəbər verir ki, Nobel Sülh Mükafatı cümə günü sahibini tapacaq, lakin mütəxəssislərə görə Trampın qalib gəlməsi çətindir.

Mütəxəssislərin fikrincə, Trampın Nobel Sülh Mükafatını qazanmaq ehtimalı aşağıdır. Çünki o, İsrailin Qəzzadakı qətliamlarına dəstək verir.

Bəs Nobel Komitəsi Sülh Mükafatını hansı meyarlara əsasən verir? Mükafat İkinci Dünya Müharibəsindən bu yana dörd əsas sahədəki səyləri qiymətləndirmək məqsədilə təqdim olunur.

Bunlar – silahların nəzarətdə saxlanılması və tərksilah, sülh danışıqları, demokratiya və insan hüquqları, həmçinin daha yaxşı təşkil olunmuş, daha dinc bir dünya yaratmağa yönəlmiş fəaliyyətlərdir.

Tramp daha əvvəl də Nobel Sülh Mükafatına namizəd göstərilmişdi, lakin qalib gələ bilməmişdi. Məğlubiyyətlə üzləşən Tramp isə komitəni saxtakarlıqda ittiham etmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az