HƏMAS silahlarını təhvil verməyəcək 

15:00 - 12 Oktyabr 2025

HƏMAS silahlarını təhvil verməyəcək 

Qəzzadakı HƏMAS hərəkatı silahlarını təhvil verməyəcəyini bəyan edib.


Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

HƏMAS-ın adının çəkilməsini istəməyən nümayəndəsinin sözlərinə görə, tərksilah məsələsi müzakirə mövzusu da deyil. O, əlavə edib ki, birinci mərhələdəki danışıqlar çərçivəsində bu məsələ ilə bağlı qərar qəbul edilməyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, HƏMAS-ın silah təhvil verməsi məsələsi sülh planının növbəti - ikinci mərhələsində nəzərdən keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az