Girovların dəyişdirilməsi başlayır - Qəzzada tarixi gün 

10:35 - 13 Oktyabr 2025

Girovların dəyişdirilməsi başlayır - Qəzzada tarixi gün 

Son xəbərlərə görə, Qəzzada atəşkəs razılaşmasına əsasən girovların ilk qrupu Həmas tərəfindən təhvil verilib. Qalan girovların səhər saat 10:00-da Xan Yunisdən azad ediləcəyi bildirilir. Fələstinli məhbusların azad ediləcəyi Ofer həbsxanasının qarşısında isə fəaliyyət davam edir. 



Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın da səhər saatlarında İsrailə gələcəyi və baş nazir Benyamin Netanyahu ilə birlikdə israilli məhbusların ailələri ilə görüşəcəyi gözlənilir.

Trampın həmçinin İsrail parlamentində çıxışı və daha sonra Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək beynəlxalq sülh sammitində iştirak etməsi planlaşdırılır.

ABŞ prezidenti Tramp oktyabrın 9-da İsrail və HƏMAS-ın Misirdə davam edən danışıqlar zamanı Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb .

Müqavilə danışıqların aparıldığı Misirdə imzalanıb və İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-da səhər saatlarında qüvvəyə minib.

İsrailin 2023-cü il oktyabrın 8-i və atəşkəs razılaşması arasında Qəzza zolağına təşkil etdiyi hücumlarda 67 min 682 nəfər ölüb, 170 min 33 nəfər yaralanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az