Hatayın Samandağ rayonunda dünən axşam saatlarında çörək sexində baş verən partlayışda iş yerinin qarşısında oturan 9 nəfər yaralanıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə axşam saat 20:30 radələrində Yeni Mahalledəki çörək sexində baş verib. Partlayış, hələ məlum olmayan səbəblərdən , üstündə ev olan çörək sexində heç kim işləməyən zaman baş verib.
Partlayış nəticəsində mağazanın şüşələri sınıb və daha sonra yanğın başlayıb. Ətrafdakıların xəbərdarlığından sonra hadisə yerinə polis, tibb işçiləri və yanğınsöndürənlər göndərilib. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb, yanğınsöndürənlər yanğını genişlənmədən söndürüblər.