Ərdoğanın təyyarəsi Misirə enmədi - SƏBƏB

17:10 - 13 Oktyabr 2025

Ərdoğanın təyyarəsi Misirə enmədi - SƏBƏB

Prezident Ərdoğanın Qəzza sammitində iştirak etmək üçün Misirə uçması zamanı Netanyahu ilə bağlı böhran yaşanıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Netanyahunun gəlişi xəbərindən sonra Ərdoğanın təyyarəsinin uçuş-enmə zolağından çıxaraq Qırmızı dəniz üzərində dövrə vurduğu məlum olub. Netanyahunun sammitdə iştirak etməyəcəyini açıqlamasından sonra təyyarənin hava limanına endiyi bildirilir.

Təyyarədə olan jurnalistlərin bildirdiyinə görə, prezident Ərdoğan Netanyahunun sammitə qatılacağını eşidən kimi hava limanına enmək barədə fikrini dəyişib və bu barədə Misirə məlumat verib. Netanyahu sammitdə iştirak etməyəcəyini bəyan etdikdən sonra prezident təyyarəsi Misirə enib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az