İstanbul Texniki Universitetində (İTU) çəkiliş zamanı böhran yaşanıb. Tarixi Taşkışla binasında Abdullah Çatlının həyatından bəhs edən filmin çəkilişləri zamanı istifadə edilən yanğın effektləri ağaclara yayılıb.
Universitet rəsmilərinin xəbəri olmadan aparılan çəkiliş tələbələrin hiddətinə səbəb olub. “Bizim məktəb serial deyil” şüarları səsləndirilərək etiraz aksiyaları keçirilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Texniki Universitetinin (İTU) tarixi Taşkışla binasında Abdullah Çatlının həyatından bəhs edən filmin çəkilişi zamanı istifadə edilən yanğın effektləri ağaclara sıçradı. Hadisə tələbələrin hiddətinə səbəb olub.
İTU-nun Memarlıq fakültəsinin yerləşdiyi tarixi Taşkışla binasında universitet rəhbərliyinin və tələbələrin xəbəri olmadan filmin çəkildiyi iddia edilib. Görüntülərin Susurluk qalmaqalının əsas simalarından olan Abdullah Çatlının həyatından bəhs edən film üçün olduğu öyrənilib.