ABŞ Prezidenti Donald Tramp İsrailə səfərini başa vurub və İsraildən Misirə yola düşüb.
Manset.az xəbər verir ki, bu barədə Newsru.co.il nəşri məlumat verib.
Məlumata görə, onu Ben-Qurion hava limanında İsrail Prezidenti İsxak Hersoq və Baş nazir Benyamin Netanyahu yola salıblar.
Qeyd edilir ki, Donald Tramp Qəzza sazişini imzalamaq üçün Şarm əl-Şeyxə xeyli gecikmə ilə çatacaq. Onun İsrailə səfəri nəzərdə tutulduğundan təxminən üç saat çox çəkib.