Konyada yaşayan Dilarə S. özünü subay həkim kimi təqdim edərək nişanlısı T.K.-nı aldadıb. O, nişanlısından aldığı qızıl-zinət əşyaları və nağd pulla qəfil yoxa çıxıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırmalar zamanı Dilarə S.-nin əslində evli olduğu və ailəsini gizlətdiyi üzə çıxıb.
Məhkəmənin qərarına əsasən, Dilarə S. və onun anası dələduzluq ittihamı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onlara 58 min türk lirəsi məbləğində pul cəzası da tətbiq olunub.
Hadisə Türkiyə ictimaiyyətində böyük rezonans doğurub.