Aydının Efeler qəsəbəsində aşkarlanan dabaq xəstəliyi səbəbilə Köşk rayonunda 12 məhəllə karantinə alınıb, heyvanların giriş-çıxışı qadağan edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Efeler qəsəbəsi Kənd Təsərrüfatı və Meşə Müdirliyinə bağlı qruplar Umurlu Məhəlləsində dabaq xəstəliyi təsbit etdi.
Qruplar xəstəliklə mübarizədə işlərini davam etdirərkən, Köşk rayonunda müşahidə sahəsindəki 12 məhəllə karantinə alınıb.
Köşk Qəsəbə Kənd Təsərrüfatı və Meşə Müdirliyi tərəfindən alınan qərarla Baklaköy, Beyköy, Cumadere, Çiftlikköy, Güzelköy, Kızılcayer, Koçak, Altıeylül, Çarşı, Serdaroğlu, Soğukkuyu və Ovaköy məhəllələri karantinə alınıb, heyvanların giriş-çıxışı qadağan edilib.