HƏMAS İsraillə əldə olunan atəşkəs razılaşması çərçivəsində daha dörd israilli məhbusun qalıqlarını qaytaracaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS vasitəçilərə İsrailin hücumlarında həlak olanların qalıqlarını yerli vaxtla saat 22:00-da qaytaracağını bildirib. Qalıqların kimliyi hələlik məlum deyil.
Dünən səhər saatlarında 20 israilli məhbusu azad edən Həmas İsrailin hücumlarında ölən 28 məhbusdan 4-nün cəsədini Qırmızı Xaç vasitəsi ilə İsrailə çatdırıb.