Bu şəxs 3 ildir evdən çölə çıxmır - SƏBƏB

13:14 - 15 Oktyabr 2025

Bu şəxs 3 ildir evdən çölə çıxmır - SƏBƏB

Hatayda üç ilə yaxındır evdə oturan, yalnız telefon və kompüterlə oynayan 23 yaşlı gənc virtual aləmə aludə olub. Oğlunun yemək yeməkdən başqa heç bir iş görmədiyinə əsəbiləşən anası onun köhnə işlərinə qayıtmasını istəyir.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdə evlərini itirən və Defne rayonunda yaşayan 50 yaşlı ana Semra Özbay və 23 yaşlı oğlu Barış Özbay zəlzələdən sonra birlikdə həyatda qalmağa çalışırlar. Zəlzələdə həm evini, həm də yaxınlarını itirən ailə 3 ildir ki, çətin bir proseslə mübarizə aparır.

Zəlzələdən sonra həyat eşqini itirən Barış Özbay universiteti yarımçıq qoyub, davamlı olaraq kompüter və cib telefonu ilə oynamağa başlayıb, virtual aləmə aludə olub. Yaşamaq üçün əsas ehtiyaclarını ödəməyən gənc nə duş qəbul etmir, nə də dırnaqlarını kəsmək kimi şəxsi ehtiyaclarını qarşılayır. Üç ilə yaxındır evdən çölə çıxmayan Barışın anası Semra Özbay oğlu üçün hər gün kədərlənir. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az