İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hava zərbələri endirib.
Manset.az xəbər verir ki, bu haqda “Times of Israel” məlumat yayıb.
“Qəzza yaraqlıları zolağın cənubundakı Rəfahda İsrail qüvvələrinə hücum edib və bu, İsrail ordusunu bölgəyə hava zərbələri endirməsinə səbəb olub”, - məlumatda deyilir.