Ərdoğan Tufan Erhürmanı təbrik etdi

22:33 - 19 Oktyabr 2025

Ərdoğan Tufan Erhürmanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cumhuriyyətində keçirilən seçkilərin nəticələri ilə bağlı açıqlama yayıb.


Manset.az xəbər verir ki, Ərdoğan paylaşımda prezident seçilən Tufan Erhürmanı təbrik edib:

“Rəsmi olmayan nəticələrə görə Prezident seçilən Tufan Erhürmanı təbrik edirəm.

Kiprli qardaşlarımızın iradəsini sandıqlarda əks etdirən bu seçkinin ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzulayıram.

Türkiyə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin suverenlik hüquqlarını və maraqlarını Kipr türkü qardaşlarımızla birlikdə hər cür platformada müdafiə etməyə davam edəcəyik”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az