Kamçatkanın cənub sahillərində 6.3 bal gücündə sualtı zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialından məlumat verilib.
Monitorinq xidmətinin məlumatına görə, yeraltı təkan yerli vaxtla saat 22:13-də (Bakı vaxtı ilə saat 14:13 - red.) qeydə alınıb. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan təxminən 373 kilometr məsafədə yerləşib, zəlzələ ocağının dərinliyi isə təxminən 22 kilometr təşkil edib.