Moskvada kütləvi dava - 40 nəfər saxlanıldı

18:43 - 25 Oktyabr 2025

Moskvada kütləvi dava - 40 nəfər saxlanıldı

Moskvadakı "Prokşino" yaşayış kompleksində baş verən davadan sonra 40 nəfərə yaxın şəxs saxlanılıb.


    Manset.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib.

    Onun sözlərinə görə, bu gün sosial mediada "Prokşino yaşayış kompleksində qrup halında baş verən iğtişaşları əks etdirən videolar böyük ajiotaj yaradıb. Polis dərhal hadisə yerinə göndərilib

    Volk əlavə edib ki, saxlanılanların cinayətdə iştirak edib-etmədikləri araşdırılır.

    Qeyd edək ki, Moskvanın cənubunda yerləşən "Prokşino" yaşayış kompleksində baş verən kütləvi davada park edilmiş bir neçə avtomobilə ziyan dəyib. Hazırda zərərin miqdarı müəyyənləşdirilir.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az