Albaniyanın baş naziri Edi Rama korrupsiya ilə mübarizə üçün təyin edilmiş süni intellekt nazir Diellanın "hamilə" olduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rama, dövlət satınalmalarına cavabdeh olan nazir Diellanın tezliklə 83 "mini Diella" dünyaya gətirəcəyini söyləyib.
Albaniyanın baş naziri Edi Rama Almaniyanın paytaxtı Berlində keçirilən beynəlxalq Qlobal Dialoq forumunda ölkəsinin süni intellekt strategiyasını açıqlayıb. Rama korrupsiya ilə mübarizədən tutmuş parlamentin rəqəmsal transformasiyasına qədər yeni layihələri haqqında diqqətəlayiq açıqlamalar verib.