Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində dağıntılar qeydə alınıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, vilayətin Sındırqı rayonunda bir neçə bina uçub.
Ölkənin səhiyyə naziri Kemal Memişoğlu indiyə kimi tibb xidmətinə müraciətin qeydə alınmadığını açıqlayıb.
***
00:11
Balıkesirin Sındırqı rayonunda yenidən zəlzələ baş verib.
Manset.az xəbər verir ki, zəlzələ 4,2 bal gücündə yerin 7 km dərinliyində qeydə alınıb.
***
00:02
Türkiyədə güclü zəlzələ baş verib.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 6.1 bal gücündə olan zəlzələ Balıkesirdə baş verib.
Zəlzələ İstanbul və İzmirdə də hiss edilib.
Dağıntılar və tələfat barədə məlumat verəcəyik.