AFAD-ın məlumatına görə, daha əvvəl 6,1 bal gücündə zəlzələ ilə sarsılan Balıkəsir vilayətinin Sındırgı rayonunda 4,6 bal gücündə yeni zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq səhərə qədər baş vermiş 100-dən çox təkan sakinlər arasında geniş panikaya səbəb olub.
Avqustun 10-da 6,1 bal gücündə zəlzələnin baş verdiyi Balıkəsirdə dünən axşam saatlarında eyni gücdə daha bir zəlzələ baş verib.