Yaponiyada 2022-ci ildə sui-qəsd nəticəsində öldürülən keçmiş baş nazir Şinzo Abenin qətlində şübhəli bilinən şəxs 3 ildən sonra keçirilən ilk məhkəmə iclasında günahını etiraf edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada 2012-2020-ci illərdə hakimiyyətdə olmuş və ölkənin ən uzun müddətdir baş naziri olmuş Şinzo Abenin öldürülməsi ilə bağlı işin ilk iclası 2022-ci ilin iyulunda keçirilib.
Qətldə şübhəli bilinən 45 yaşlı Yamaqami Tetsuya ifadəsində günahını etiraf edib.
Yamaqaminin birincisi bu gün baş tutan 19 dinləmədən ibarət məhkəmə prosesinin yanvarda yekunlaşacağı bildirilir. Hökmlə bağlı dinləmə 21 yanvar 2026-cı il tarixinə təyin edilib.