Ukrayna "Yaşamaq istəyirəm" humanitar layihəsi çərçivəsində Rusiya vətəndaşı olan 30 mülki şəxsi bu ölkəyə təhvil verib.
Manset.az RBK Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə layihənin sosial şəbəkə səhifəsində bildirilib.
Məlumata əsasən, 30 mülki şəxsdən 14-ü dünən, 16-sı isə bu gün Rusiyaya qaytarılıb.