Venesuela Dövlət sarayı ətrafında silahlı hücum - İDDİA

10:04 - 06 Yanvar 2026

Venesuela Dövlət sarayı ətrafında silahlı hücum - İDDİA

Venesuela Dövlət Sarayı Miraflores ətrafında çoxsaylı silah səsləri eşidilib. 


Manset.az xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Miraflores Sarayı ətrafında icazəsiz uçuş edən və kimliyi müəyyən olunmayan pilotsuz uçuş aparatlarına (PUA) atəş açıb.

Sosial mediada paylaşılan videolarda silah səsləri eşidilərkən hadisənin baş verdiyi ərazidə motosikletlərin keçdiyi görünür.

Hökumətə yaxın və adının açıqlanmasını istəməyən bir mənbə dövlət başçılığı sarayı ətrafındakı vəziyyətin nəzarət altında olduğunu bildirib.

Silah səsləri səbəbindən ərazidəki sakinlərin təşviş keçirdiyi qeyd edilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az