ABŞ Prezidenti Donald Tramp bu gün verdiyi açıqlamada Venesueladakı müvəqqəti hökumətin ABŞ-a 30 və ya 50 milyon barel neft təhvil verəcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama Pekin rəhbərliyinin böyük reaksiyasına səbəb olub. Çin XİN ABŞ-ın Venesueladan neft sektoru ilə bağlı "xüsusi tərəfdaşlıq" qurmaq istəyini "tipik zorbalıq" və qanun pozuntusu olaraq qiymətləndirib və əlavə edib:
"Venesuela müstəqil bir dövlətdir və neft ehtiyatları və iqtisadi fəaliyyətləri üzərində tam və daimi suverenliyə malikdir".