İranda etirazların yeni dalğası başlayıb, bu gün səhər saatlarında minlərlə insan paytaxt Tehranın küçələrinə axışıb.
Manset.az xəbər verir ki, etirazlar fonunda bir çox aparıcı xəbər agentliklərinin saytları işləmir. Ölkədə 12 saatdır ki, internet bağlantısı yoxdur.
"Azad İran"ın məlumatına görə, Yəzddə etirazçılar bələdiyyə binasını, Tehranda isə inzibati binalardan birini yandırıblar. Bildirilib ki, Tehranın Firdovsi bulvarında polis maşınları yandırılıb.
Qeyd edək ki, dünən etirazçılar və polis arasında toqquşmalar baş verib. Etirazçılara atəş açan İran İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) zabiti döyülüb və nəticədə vəfat edib.