NASA ilkə imza atdı 

17:22 - 15 Yanvar 2026

NASA ilkə imza atdı 

ABŞ-ın Aeronavtika və Kosmik Fəaliyyətlər üzrə Agentliyi (NASA) ilə SpaceX-in birgə həyata keçirdiyi Crew-11 missiyası çərçivəsində uzaya göndərilən ekipdən bir astronot, 7 yanvar tarixində narahatlıq keçirdikdən sonra tibb müdaxiləsi səbəbilə komanda ilə birgə dünyaya qayıdıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyadan (ISS) ayrılan astronotları daşıyan kapsül, NASA-nın ilk tibbi təxliyə əməliyyatı çərçivəsində Kaliforniya ştatının San Diego şəhəri yaxınlarında Pasifik Okeanına eniş edib.

Crew-11 missiyası çərçivəsində uzaya göndərilən NASA astronotları Zena Cardman və Mike Fincke ilə Yaponiyanın Kosmik Tədqiqatlar Agentliyindən (JAXA) Kimiya Yui və Rusiya Federal Kosmik Agentliyindən (Roscosmos) kosmonavt Oleg Platonov kapsüldə yer alırdı.

Qrupdakı hansı astronotun xəstələndiyi "tibbi məxfilik" səbəbindən açıqlanmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az