İspaniyada iki sürətli qatarın relsdən çıxması nəticəsində qəza baş verib.
Manset.az xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb. Qəza nəticəsində 150-dən çox insanın yaralandığı bildirilir.
Ölənlərin sayı 42-yə çatıb.
Hazırda qəza yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.